Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xasiyyət Rüstəmova
Xasiyyət Rüstəmova (özb. Xosiyat Rustamova, 19 mart 1971, Nəməngan və ya Çust rayonu[d], Nəməngan vilayəti) — yazıçı, tərcüməçi, çoxsaylı ssenarilərin müəllifidir, Özbəkistan Respublikasının "Şöhrət ordeni" laureatı. Hazırda "Kitob dunyosi" qəzetinin baş redaktoru və Əlişir Nəvai adına Dil və Ədəbiyyat Universitetində müstəqil tədqiqatçıdır. 2022-ci ildən Dünya Poeziya Hərəkatının (Kolumbiya) Özbəkistandakı koordinatoru. == Həyatı == Xasiyyət Rüstəmova 1971-ci il mart ayının 19-da Özbəkistanın Namanqan şəhərində anadan olmuşdur. Ali təhsilini Özbəkistan Milli Universietinin jurnalistika fakültəsində , daha sonra isə 2001–2004-cü illərdə Ali Ədəbiyyat Universitetində almışdır. Xasiyyət Rüstəmova 1993–1997-ci illərdə "Dan ulduzu" qəzetində çalışmışdır. 2015-ci ildən "Kitab dünyası" qəzetinin baş redaktoru vəzifəsini icra etməkdədir. 2021-ci ildə ABŞ-ın Ayova Universitetində Beynəlxalq Yazıçılar Proqramını bitirmişdir. == Fəaliyyəti == İlk şeirlərini hələ tələbəlik illərindən çap etdirən Xasiyyət Rüstəmovanın şeirləri dövrü mətbuat orqanlarında dərc edilmişdir.
Mülayim Erdem
Mülayim Erdem (d. 10 yanvar 1987, Zeytinburnu) — türkiyəli futbolçu, yarımmüdafiədə oynayır. == Karyera == === Klub karyerası === Arif Erdemin qardaşı oğlu olaraq Qalatasaray infrastrukturunda futbol oynamağa başladı, burada peşəkar oldu və A komandası ilə məşqlərə başladı. Qalatasaray infrastrukturunda Arda Turan, Uğur Uçar, Ferhat Öztorun, Aydın Yılmaz və Mehmet Güven kimi futbolçularla eyni yaşda olan komandalarda çıxış edib. 20 mart 2004-cü ildə "Qalatasaray"da ilk rəsmi matçına çıxıb, Super Liqanın "Çaykur Rizəspor" la oynadığı matçın 46-cı dəqiqəsində Florin Bratunu əvəzləyib, daha sonra oyuna daxil olub. Bundan başqa, o, müntəzəm olaraq gənclərdən ibarət milli komandaların müxtəlif rütbələrində çıxış etsə də, Qalatasarayda şans tapmadı və nəticədə Qalatasaray infrastrukturunda keçmiş məşqçisi Abdullah Avcının komandası İstanbul Böyükşəhər Belediyespora 2006–07 mövsümündə icarəyə verildi. Daha sonra Orduspor və Qaziantep Böyükşəhər Belediyespora bir mövsümlük icarəyə verilib. 1 yanvar 2009-cu ildə "Qaziantep BB" ilə müqaviləsini pozaraq "Qalatasaray"a qayıdıb. Mövsümün sonunda "Qalatasaray"la müqaviləsinə qarşılıqlı xitam verildi və nəticədə sərbəst buraxıldı. Bundan sonra "Yalovaspor" razılaşıb və o, 2009–2010-cu il mövsümündən "Yalovaspor"da çıxış edir.
Mülayim enliklərin iqlimi
Mülayim enliklərdə radiasiya şəraitlərində fəsillər üzrə böyük fərq müşahidə edilir. Yayda səth örtüyünün radiasiya balansı bir qədər böyükdür və buludluluq az olan rayonlarda tropik enliklərdə olan şəraitə yaxınlaşır, qışda o, materiklərdə mənfidir. Mülayim enliklər həmçinin qütb və arktik cəbhələrdəki intensiv tsiklonik fəaliyyət sahəsidir. Odur ki, burada hava rejimi çox dəyişkəndir. Həm qütb, həm də subtropik enliklərdən hava axınları tez-tez daxil olur və nəticədə temperatur kəskin dəyişir. Şimal yarımkürəsində materik və okeanların kəskin dəniz və kontinental iqlimdən ibarət olması səbəbindən sirkulyasiya şəraitlərində böyük müxtəliflik mövcuddur. Cənub yarımkürəsində okeanların üstünlüyü nəticəsində mülayim enliklərdə kontinental iqlim tipi praktiki olaraq yoxdur. Materiklərin qərb və şərq kənarlarının mülayim enliklərində əhəmiyyətli dərəcədə iqlim fərqi mövcuddur. Qərb sahillərinin iqlimi dəniz hava kütlələrinin üstünlüyünün təsiri altında olduqlarından dənizdən kontinentala keçiddir. Odur ki, tez-tez onu sadəcə olaraq dəniz iqlimi adlandırırlar.
Mülayim enliklərin musson iqlimi
Mülayim iqlimlərin musson tipi- Alisovun bölgüsünə əsasən bu iqlim tipi ayrılmış və Şərqi Asiyada yayılmışdır. Rusiya ərazisində Sakit okean sahili əraziləri, Kanadanın sahilləri və Argentina üçün xarakterikdir. == Şimal yarımkürəsi == Şərqi Asiyada bu iqlim tipi mussondur. Belə ki, mülayim enliklərin musson iqlim tipi subtropik və tropik mussonların davamı olub şimali Kamçatkaya qədər davam edir. Beləliklə, Primorsk əyalətində, Kamçatkanın və Yaponiyanın şimalında və Çinin şimal-şərqində yayılmışdır. Qışda materikin şərq qurtaracaqları Asiya antisiklonunun təsirinə məruz qalır, az buludlu və az yağışlı dövr müşahidə edilir. Yayda isə siklonların təsiri ilə ərazidə yağıntıların miqdarı xeyli artır. Xabarski əyalətində iyul ayının orta temperaturu +22 °C, yanvar ayının orta temperaturu isə −20 °C, orta illik yağıntıların miqdarı isə 684 mm olur. Yalnız oktyabr-mart aylarında 74 mm yağıntı düşür. Qış yaydan az yağıntılı olur.
Qışı quru keçən mülayim-isti iqlim (iqlim tipləri)
Yayı quraq olan mülayim-isti iqlim (iqlim tipləri)
Müzayim
Müzayim - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinlərini etnik azərbaycanlılardan ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,632 nəfər azərbaycanlı yaşamaqda idi.
Mahiyyət
Mahiyyət — obyektin başlıca, əsas və müəyyənedici tərəfi.
Ünsiyyət
Ünsiyyət — qarşılıqlı münasibət. Ünsiyyət nitq vasitəsilə baş verir. Biz başqalarını dinləyir, onların yazdığını oxuyur, öz fikirlərimizi yazmaq və danışmaqla ifadə edirik. Beləliklə, ünsiyyət zamanı dörd nitq bacarığından istifadə edirik: dinləmə, danışma, oxu, yazı. Dinləmək və oxumaq bacarığı başqalarını anlamaq, məlumat almaq üçündür. Danışmaq və yazmaq bacarığı isə düşündüklərimizi başqalarına çatdırmağa kömək edir. Dinləyərkən və danışarkən istifadə edilən söz və cümlələr səslərlə ifadə olunur. Ona görə də dinləmə və danışma şifahi nitqə aid olan bacarıqlardır. Hərflərlə ifadə olunmuş mətnləri isə oxuyuruq və ya yazırıq. Odur ki yazı və oxu bacarıqları yazılı nitqə aid edilir.
İrsiyyət
İrsiyyət – orqanizmlərin ayrılmaz bir xassəsi kimi çoxalma zamanı öz xüsusiyyət və əlamətlərinin nəslə ötürülməsidir. Nəsildən-nəslə ötürülən əlamətlər xromosomlarda yerləşən genlərlə idarə olunur. Bəzən bir əlamətin özünəməxsus bir geni olmur. Bu əlamət iki genin qarsiliqli təsiri sayəsində meydana gəlir. Bəzən da daha çox qeyri-allel genlərin birgə təsirindən yeni bir əlamət və ya xüsusiyyət meydana çıxır ki, bu hadisə genlərin qarşılıqlı təsiri adlanır və aşağıdakı tipləri var: komplementar epistatik polimer modifikasiyalaşdırıcı pleyotrop Məlumdur ki, irsiyyət xromosomlarda yerləşən genlərle nəslə ötürülür. Xromosom nukleoprateid strukturuna malik olan bir cisimdir, onun tərkibinə dezoksiribonuklein turşusu (DNT), əsas zülallar – histonlar, qeyri-histon zülallar və az miqdarda ribonuklein turşusu daxildir. Beləliklə, irsi informasiya dezoksiribonuklein (DNT) turşusunun iştirakı ilə həyata keçir. DNT molekulunun quruluşunda dəyişkənlik, orqanizmin əlamət və xüsusiyyətlərinin dəyişkənliyinə səbəb olur. DNT -108 və hətta daha çox nukleotidlərdən ibarət olan mürəkkəb biopolimerdir. Hər bir nukleotid üç komponenti özündə birləşdirir: fosfor turşusu qalığı (fosfat) şəkər pentoza (dezoksiriboza) dörd azot əsaslarından biri: purinlərdən adenin (A) və quanin (Q), pirimidinlərdən timin (T) və ya sitozin (S) == İrsi xəstəlikləri yaradan səbəblər == Gen səviyyəsində baş verən xəstəliklər insan cəmiyyətinin mövcud olduğu vaxtdan melumdur: Hemofiliya və talassemiya bu xəstəliklərin mərkəzində dayanır.
Mülhaym
Mülhaym (alm. Mülheim‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Düsseldorf inzibati dairəsində şəhər. Sahəsi 91.26 km², əhalisi 166 640 nəfərdir (2013).
Məlayir
Məlayir (keçmiş adı Dövlətabad) — İranın Həmədan ostanında şəhər, Məlayir şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 153748 nəfər və 40750 ailədən ibarət idi.
Mədəniyyətlərarası ünsiyyət
Mədəniyyətlərarası ünsiyyət — mədəni qarşılıqlı əlaqə dünya xalqlarının fərqli mədəniyyətlərinin nümayəndələri arasında bir əlaqə və ünsiyyətdir, həm insanlar, həm də öz icmaları arasında birbaşa təması əhatə edir. Ünsiyyət formaları (dil, danışıq, yazı, elektron ünsiyyət və s.) müxtəlifdir. Mədəniyyətlərarası ünsiyyət fənlərarası səviyyədə, fəlsəfə, mədəniyyətşünaslıq, psixologiya, dilçilik, etnologiya, antropologiya, sosiologiya, ünsiyyət vasitələrinin ekologiyası kimi bilik sahələrində öyrənilir. == Xüsusiyyətləri == A. P. Sadoxin tərəfindən verilən mədəniyyətlərarası ünsiyyətin tərifi: "Mədəniyyətlərarası ünsiyyət, fərqli mədəniyyətlərə mənsub fərdlər və qruplar arasındakı müxtəlif əlaqələr və ünsiyyət formaları toplusudur." T.B Frik tərifinə görə: "Mədəniyyətlərarası ünsiyyət fərqli mədəniyyətləri təmsil edən insanlar arasındakı ünsiyyətdir" . İ.V. Denisova və A.P. Yeremenko "millətlərarası ünsiyyət"i "fərqli xalqları (etnik qrupları) təmsil edən insanlar arasındakı ünsiyyət" olaraq vurğulayırdılar. Mədəniyyətlərarası ünsiyyətdən bəhs edən Vladimir Solomonoviç Bibler, bir növ "yeni universal mədəniyyət cəmiyyəti", xüsusi bir sosializm, daha doğrusu mədəniyyətlərin dialoqunun güc sahəsindəki insanların sərbəst ünsiyyət forması yaratdığını qeyd edir. . Bu baxımdan, bu cür ünsiyyətlər qarşısındakı maneələr və onların aradan qaldırılması, yaxud aradan qaldırılması yolları məsələsi getdikcə aktuallaşır. T.N. Persikova mədəniyyətlərarası ünsiyyəti "bütün komponentləri ünsiyyət prosesinin iştirakçılarının milli-etnik kimliyi ilə sıx əlaqəli olan, mədəni olaraq müəyyən edilmiş bir proses" kimi başa düşür Müəllif mədəniyyətlərarası ünsiyyətin üç qaydasını müəyyən edir: Şifahi olmayan məlumatların fərqli mədəniyyətin nümayəndələri tərəfindən şərh edilməsi ən böyük çətinliklər yaradır. Ünsiyyətdə anlaşma əldə etmək üçün iştirakçıları mədəniyyətlərarası qarşılıqlı əlaqədə aktiv dinləməyə öyrətmək lazımdır. Fərqli mədəniyyətlərin nümayəndələri ilə ünsiyyətdə yarana biləcək səhvləri qabaqcadan görə bilmək və qarşısını almaq lazımdır, əks halda insanlarda yaranan mənfi təəssürat səbəbindən planlaşdırılan mədəniyyətlərarası əlaqələr pozula bilər.
Vəsiyyət (şeir)
Vəsiyyətnamə (ukr. Заповіт) — Taras Şevçenkonun 25 dekabr 1845-ci ildə Pereyaslavda müraciət-"vəsiyyətnamə" şəklində yazdığı proqramlaşdırılmış şeir. Şeir Ukrayna mədəniyyətinə böyük təsir göstərmişdir və təsir göstərməkdədir. Bir sıra bəstəkarlar musiqi əsərlərini şeirə əsasən bəstələmişdilər və ümumiyyətlə mədəni həyatda onu fəal istifadə edirlər və şeir əsəri 150-dən çox dillərə tərcümə olunmuşdur. == Musiqidə == "Vəsiyyətnamə" bir çox musiqi əsərlərin əsasını təşkil edir. Əsər üçün musiqini ilk dəfə Nikolay Lısenko bəstələmişdir (1868-ci ildə kişi xoru, solo tenor və fortepiano üçün, 1877-ci ildə ikinci buraxılışı işıq üzünü görmüşdü). "Vəsiyyətnamə" üçün yazılmış ən populyar musiqi Ukrayna xalq mahnısı intonasiyalarına çox yaxın idi. O, 1870-ci illərdə Qordi Qladki tərəfindən yaradılmış, daha sonra Lısenko tərəfindən redaktə edilmiş və Poltava şəhərində G. Markeviç tərəfindən nəşr olunmuşdur. Mahnı uzun müddət xalq mahnısı olaraq qəbil edilirdi. Yakov Stepovoy, Kirill Stetsenko, Porfiri Demutski, Aleksandr Aleksandrov və s.
Zaviyyət-Kunta
Zaviyyət-Kunta (ərəb. زاوية كنتة‎) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsində, Böyük Səhranın mərkəzi vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1090 kilometr cənub-cənub-qərbdə məsafədə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir. Zaviyyət-Kunta kommunası Tinduf vilayətinin Tamest, İn-Zqmir, Timokten və Umm əl-Assel kommunaları ilə həmsərhəddir. Sahəsi 9140 km2-dir. == Əhalisi == 2008-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kommunanın əhalisi 17,116 nəfər idi. Kişilər əhalinin 49,99%-i, qadınlar isə 50,01%-i təşkil etmişdir. Əhalinin savadlılıq səviyyəsi 73,3% olmuşdur.
Yazılı ünsiyyət
Yazı — səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupu. Yazı bəşəriyyətin ən böyük kəşflərdən biri hesab olunur. == Yaranma tarixi == Yazının yaranmasının çox qədim tarixi var. Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnızca şifahi formada idi. İlk yazı nümunələri 7000 ilə yaxın tarixə malikdir və o vaxtdan bu günə uzun inkişaf yolu keçərək bugünkü formaya gəlib çatmışdır. Lap qədimdən insanlar ayrı-ayrı qəbilə şəklində yaşamışlar. Bu qruplar arasında əlaqələr zəif olmuşdur, lakin sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan qrupları arasında siyasi, iqtisadi, və s. əlaqələr yarandı. Tayfalar müəyyən məqsədlər üçün əlaqə saxlamalı oldular. Buna görə də ikinci köməkçi ünsiyyət vasitəsi olaraq yazı yaranmağa başladı.
Müzahim Mehvalıoğlu
Müzahim İsmayılzadə
Müzahim İsmayılzadə (5 dekabr 1958, Nərimankənd, Gədəbəy rayonu) — yazıçı, şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin (1984) və Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002). == Həyatı və təhsili == Müzahim İsmayılzadə 5 dekabr 1958-ci ildə Azərbaycanın Gədəbəy rayonunun Nəriman kəndində ziyalı ailəsində anadan olmuşdur. 1965-1975-ci illərdə doğulduğu Nəriman kənd orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonar iki il istehsalatda çalışmışdır. 1976-1981-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsində təhsil almışdır. Universiteti bitirdikdən sonra təyinatla İsmayıllı rayon tarix-diyarşünaslıq muzeyində, habelə şəhər 3№-li orta məktəbdə çalışmışdır (1981-1984). Azərbaycan Texniki Universitetində (1984-1990), “Ədəbiyyat qəzeti” ndə (1990-1992), Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunda (1992-1994), “Həyat” (1994-1995), “Xalq qəzeti” (1995-1999) və “Respublika” qəzetlərində (1999-2009) məsul vəzifələrdə çalışmışdır. 2009-2014-cu illərdə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində bələdiyyə üzvü seçilmiş, komissiya sədri olmuşdur. 2015-ci ildən Azərbaycan Dövlət Milli Arxiv İdarəsində işləyir. === Ailəsi === 1988-ci ildə ailə qurmuşdur.
Məlayir şəhristanı
Məlayir şəhristanı — İran İslam Respublikasının Həmədan ostanının şəhristanlarından biri. İnzibati mərkəzi Məlayir şəhəridir. Şəhristanın digər şəhərləri arasında Əzəndəryan, Cövkar, Samin və Zəngənə şəhərləri də vardırlar. == Ərazi == Məlayir şəhristanın ərazisi 3210 km²-dir. Şəhristan Həmədan ostanının cənub və cənub-şərqi qismlərini əhatə edir. Şəhristanın Həmədan ostanı daxilindəki həmsərhəd bölgələri Nəhavənd, Tuysirkan və Həmədan şəhristanları, ostanın xaricində isə Luristan və Mərkəzi ostanlarının əraziləridir. == Əhali == Rəsmi olaraq Məlayir şəhristanının əhalisi: 1996 s.a. əsasən 297,062 nəfər 2006 s.a. əsasən 73,755 ailədə 285,272 nəfər === Milli tərkib === Şəhristan əhalisi əsasən lurlardan, qismən azərbaycanlılardan ibarətdir. Azərbaycanlılar: Məlayir şəhristanının şimalında yerləşən Cövkar bəxşindəki Əzəndəryan şəhəri və onun ərafındakı 40 kəndin əhalisi, xüsusilə Türk-i Şərqi, Türk-i Qərbi və Əlməhdi dehistanlarının (qəsəbələrinin) əhalisi azərbaycanlılardan ibarətdir.
Pəri (məlayir)
Pəri və ya Piruz— Həmədan ostanın, Məlayir şəhristanında kənd. Məlayir şəhərinin 37 km cənub-şərqində yerləşir. == Əhali == Pəri kəndinin əhalisi Lurlardır. Dinləri İslamın Şiə məzhəbidir. Kəndin əhalisi 821 nəfərdir. Əhali əkinçilik və heyvançılıqla məşğuldur.
Mülazimi sani
Mülazimi sani (osman. ملازم ثانی)) — Osmanlı imperiyasının son dövrlərində və Türkiyə Respublikasının ilk illərində istifadə edilmiş və müasir rütbələr arasında leytenant rütbəsinə bərabər olmuş hərbi rütbə. Mülazimi sani rütbəsi 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.
Mülazimi əvvəl
Mülazimi əvvəl (osman. ملازم اول) — Osmanlı imperiyasının son dövrlərində və Türkiyə Respublikasının ilk illərində istifadə edilmiş və müasir rütbələr arasında baş leytenant rütbəsinə bərabər olmuş hərbi rütbə.
Piruz (Məlayir)
Pəri və ya Piruz— Həmədan ostanın, Məlayir şəhristanında kənd. Məlayir şəhərinin 37 km cənub-şərqində yerləşir. == Əhali == Pəri kəndinin əhalisi Lurlardır. Dinləri İslamın Şiə məzhəbidir. Kəndin əhalisi 821 nəfərdir. Əhali əkinçilik və heyvançılıqla məşğuldur.
Zəngənə (Məlayir)
Zəngənə — İranın Həmədan ostanının Məlayir şəhristanının Zənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 844 nəfər və 242 ailədən ibarət idi.
Asiyət Yusifova
Asiyət Nəcməddin qızı Yusifova (5 dekabr 1923, İlisu – 20 dekabr 2022, İlisu, Qax rayonu) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin birinci katibi, Qax Rayon Komitəsinin birinci katibi və ikinci katibi, Zaqatala Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. == Həyatı == 1923-cü ildə İlisu kəndində kəndli ailəsində doğulmuşdur. İlisu kənd orta məktəbini və 1952-ci ci ildə Şəki ikiillik Müəllimlər İnstitutunu 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsini bitirmişdir. 1942-ci ildə İlisu kəndində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1949-cu iləsək müəllim olaraq çalışmışdır. 1954-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. == Siyasi fəaliyyəti == Asiyət Yusifova 1950–1952-ci illərdə ildə Qax Rayon Komsomol Komitəsinin ikinci katibi vəzifəsini tutmuşdur. 1952-ci ildən Azərbaycan Kommunist Partiyası Qax Rayon Komitəsində şöbə müdiri, 1954-cü ildən rayon qəzetinin redaktoru, eyni zamanda Qax Rayon Partiya Komitəsində qadınlar arasında iş aparan şöbənin müdiri vəzifəsində çalışmışdır. 1958-ci ildən 1959-cu ilədək Azərbaycan KP MK-da təlimatçı vəzifəsində çalışmışdır. Asiyət Yusifova 1959-cu ildən Azərbaycan Kommunist Partiyası Qax Rayon Komitəsində əvvəlcə ikinci katib, sonra isə birinci katib vəzifəsinə seçilmişdir.
Xoşniyyət
Xoşniyyət (lat. bona fides) — nəticəsindən asılı olmayaraq, ictimai münasibətlərdə qarşılıqlı əlaqənin ədalətli, açıq və dürüst olması üçün səmimi bir niyyət kimi ifadə olunur. Baxmayaraq ki, bir çox latın ifadələri əsrlər boyu öz aktuallığını itirmişdir, lakin "bona fide" ifadəsi qəbul edildiyi məzmunda geniş istifadə edilərək müasir ingilis dilində "xoş niyyət" (ing. good faith) adlandırılmış və ümümi qəbul edilmiş məzmununu saxlamışdır. Xoş niyyət anlayışı hüquq və biznes sahələrində mühüm anlayışdır. Ona əks olan anlayışlar isə pis niyyət, "mala fides" (riyakarlıq) və xainlikdir. Müasir ingilis dilində bəzən "bona fide" ifadəsinin istifadəsi imtiyazlılıq və şəxsiyyətin ifadəsi ilə eyniləşdirilir. Bu ifadə bəzən iş elanlarında istifadə olunur və aşağıda göstərildiyi kimi vicdanlı peşə keyfiyyətləri və ya işəgötürənin vicdanlı səyi ilə oxşarlıq təşkil edir, lakin eyniləşdirilməməlidir. == Bona fides == Latınca: "yaxşı niyyət" və ya "vicdanlı" mənasını verən bir ifadədir. Anlayışın çıxışlıq halda ifadəsi "bona fide" kimidir və bu adətən sifət kimi "həqiqi" mənasında işlənilir.
Millətlərarası ünsiyyət dili
Millətlərarası ünsiyyət dili — çoxmillətli dövlətdə xalqlararsı ünsiyyət vasitəsi kimi istifadə edilən dil. Beynəlxalq dillərin bir və ya daha çoxundan bir ölkə daxilində istifadə edilməsi ilə fərqlənir. == Millətlərarası ünsiyyət dili nümunələri == Türk dili Türkiyədə yaşayan bütün xalqların ümumi istifadə etdiyi dildir. İngilis dili ABŞ-də bütün xalqlar tərəfindən istifadə edilir. Rus dili Rusiyada yaşayan 100-dən çox xalqın ümumi ünsiyyət dilidir..
Günaydın, mələyim! (film, 2008)
== Məzmun == Filmin əsas ideyası Qarabağ döyüşlərindən və onun ağır nəticələrindən bəhs olunmasıdır. Çox psixoloji bir süjet üzərində qurulan film şəxsi insanların taleyindən bəhs etsə də, burada insanın ən ali xüsusiyyətləri ön plana çəkilir və onun cəmiyyətdə Tanrı tərəfindən bəxş edilən mənəvi dəyərlərin insan həyatındakı rolu qabardılır. Filmdə Mədinə adlı bir qızın həyatından, məhəbbətindən danışılır. Onun həyat yoldaşı Qarabağda şəhid olur. Ancaq Mədinə, heç vaxt onu unuda bilmir. Baxmayaraq ki, onunla evlənmək istəyənlər çox olur, gözəl cəlbedici qadın olur, yenə də həyat yoldaşının, sevdiyi idealının fikri ilə yaşayır. Filmdə Mədinənin təkbaşına çırpınaraq yaşadığı keşməkeşli həyatdan, tənhalıq içərisində keçirdiyi iztirablardan, ədalətsizliklərdən bəhs olunur. Gənc qadın keçdiyi çətin yolda üzüağ çıxmağa çalışır və sonda tutunmağa, yaşamağa ümid yeri tapır. == Film haqqında == Film aktrisa Bəsti Cəfərovanın böyük kinoda ilk böyük işidir. Film istehsalata 2006-cı ilin sonlarında buraxılmışdır.
Kamil Xasiyev
Kamil Xasiyev — Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin keçmiş fövqəladə və səlahiyyətli səfiri. == Haqqında == Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 24 noyabr 2010 tarixli sərəncamı ilə Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezidentin digər sərəncamı ilə Kamil Xasiyev Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsindən geri çağırılıb.
Nadir Xasiyev
Xasıyev Nadir Şənbə oğlu — Azərbaycan aktyoru. Azərbaycan Respublikasının əməkdar artisti (24.05.2019). == Həyatı == Nadir Xasıyev 1961-ci ildə 24 dekabr tarixinde Ağsu rayonun Bico kəndində ziyalı ailəsində anadan olub. 1984-cü ildə İncəsənət İnstitutunun musiqi komediya aktyoru fakültəsini, 1998-ci ildə isə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal şöbəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işlədikdən sonra 1993-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunub. Sumqayıt teatrında səhnə sənətinin sirlərinə vaqif olan, bir sıra maraqlı obrazları ilə özünə tamaşaçı rəğbəti qazanan N.Xasıyev, işgüzarlığı, gərgin əməyi, məlahətli səsi sayəsində musiqili komediya janrının tələblərinə tez alışmış, tearda aparıcı aktyorlar sırasına yüksəlmişdir. N.Xasıyevin "Subaylarınızdan görəsiniz"də Fəqan, "Qızıl toy"da Azər, "50 yaşında cavan"da Qulu, "O olmasın, bu olsun"da Sərvər, "Nəğməli Könül"də Ramazan, "Hərənin öz ulduzu"nda Əlibala, "Səhnədə məhəbbət"də Rüstəm, "Hələlik"də Mürsəl və başqa surətlər özlərinin orijinallığı, məharətli ifası ilə fərqlənir. 1997-ci ildə "Aparıcı səhnə ustası" kateqoriyasına layiq görülüb. == Mükafatları == 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Nadir Xasıyev
Xasıyev Nadir Şənbə oğlu — Azərbaycan aktyoru. Azərbaycan Respublikasının əməkdar artisti (24.05.2019). == Həyatı == Nadir Xasıyev 1961-ci ildə 24 dekabr tarixinde Ağsu rayonun Bico kəndində ziyalı ailəsində anadan olub. 1984-cü ildə İncəsənət İnstitutunun musiqi komediya aktyoru fakültəsini, 1998-ci ildə isə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal şöbəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işlədikdən sonra 1993-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunub. Sumqayıt teatrında səhnə sənətinin sirlərinə vaqif olan, bir sıra maraqlı obrazları ilə özünə tamaşaçı rəğbəti qazanan N.Xasıyev, işgüzarlığı, gərgin əməyi, məlahətli səsi sayəsində musiqili komediya janrının tələblərinə tez alışmış, tearda aparıcı aktyorlar sırasına yüksəlmişdir. N.Xasıyevin "Subaylarınızdan görəsiniz"də Fəqan, "Qızıl toy"da Azər, "50 yaşında cavan"da Qulu, "O olmasın, bu olsun"da Sərvər, "Nəğməli Könül"də Ramazan, "Hərənin öz ulduzu"nda Əlibala, "Səhnədə məhəbbət"də Rüstəm, "Hələlik"də Mürsəl və başqa surətlər özlərinin orijinallığı, məharətli ifası ilə fərqlənir. 1997-ci ildə "Aparıcı səhnə ustası" kateqoriyasına layiq görülüb. == Mükafatları == 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Röyal Xasıyev
Röyal Abuzər oğlu Xasıyev (19 aprel 1993; Şəki rayonu, Azərbaycan — 7 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Xasıyev 1993-cü il aprelin 19-də Şəki rayonunun İkinci Biləcik kəndində anadan olub. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Röyal Xasıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Röyal Xasıyev oktyabrın 7-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəki rayonunun İkinci Biləcik kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Xasıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Xasıyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Xasıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Samir Xasıyev
Samir Zirəddin oğlu Xasıyev (23 aprel 1973, Bakı – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == Şəhid Xasiyev Samir Zirəddin oğlu 20 aprel 1973-cü ildə Bakı şəhərində doğulmuşdur. Əslən Tovuz rayonu Düz Qırıqlı kəndindəndir.1980-cı ildə 82 saylı orta məktəbə getmişdir. 1988-ci ildə ailəsi ilə birlikdə Kirovabada (indiki Gəncə) şəhərinə köçdükləri üçün Samir təhsilini M.Müşfiq adına 14 saylı Beynəlminəl orta məktəbində davam etdirmişdir. Orta məktəbi bitirib, Bakı şəhərinə qayıdır. Əmək fəaliyyətinə 1991-ci ildə "Bakı Soyuducular" zavodunda başlamışdır. Həmin ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin axşam şöbəsinə daxil olmuşdur. Həmin ildə Bakı şəhəri Nərimanov rayonu hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Samir əvvəlcə Dərnəgüldə tikinti batalyonunda xidmət edib. 1992-ci ildə Vətənin çağırışına səs verən Samir könüllü olaraq ön cəbhəyə gedir, Pirəküşküldə, Salyanda qısa təlim keçdikdən sonra Qarabağa, döyüş bölgələrinə yollanır.
Muxayıl Göyçəli
Muxayıl Göyçəli (Məsimov Muxayıl Budaq oğlu) — azərbaycanlı şair. == Həyatı == Muxayıl Göyçəli 1918-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Orta təhsilini doğma Daşkənd kənd orta məktəbində almışdır. Muxayıl Budaqoğlunun ata babası dövrünün çox imkanlı, varlı adamlarından olmuşdur. Ana babası Kərbəlayi Rüstəm və Kərbəlayi Rüstəmin qardaşları Nağı bəy, Tağı bəy, Tağı bəyin oğlu Qara İdris (Qaçaq İdris) 1918-ci ildə ermənilərə qarşı döyüşlərdə fədakarlıq göstərmiş el qəhrəmanları olmuşdur. Muxayıl 1941-ci ildə Böyük Vətən müharibəsinə getmiş, ağır döyüşlərin iştirakçısı olmuş və 1942-ci ilin fevralın 26-da ağır döyüşlərin birində yaralanaraq cəbhədən qayıtmışdır. Məsimov Muxayıl 1944-cü il dekabrın 15-də müharibədə aldığı yaralardan subay ikən əbədiyyətə qovuşmuşdur, məzarı ata-baba yurdu olan Göyçə mahalının Daşkənd kəndindədir. == Yaradıcılığı == Muxayıl Budaqoğlunun şeirlərini oxuyarkən məlum olur ki, o Göyçə ədəbi mühitindən, Azərbaycan klassik ədəbiyyatından və şifahi xalq ədəbiyyatından lazımınca yararlanmış və şeirin müxtəlif növlərində, - gəraylı, qoşma, təcnis, cığalı təcnis, divani kimi şeirlər yazıb, yaratmışdır. Muxayıl saz çalmağı Aşıq Surxaydan öyrənmişdir. Muxayıl Budaqoğlunun əlyazmaları və bir neçə cəbhə şəkilləri hal-hazıra qədər 1988-ci ildən Bərdə rayonu Yeni Daşkənd kəndində məskunlaşan qardaşı Məsimov Oruc Budaq oğlu tərəfindən qorunub saxlanılmaqdadır.